Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Ürəyin normadan çox döyünməsinin səbəbləri və əlamətləri - Sevinc Mehdiyeva (Kardioloq)

Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.

Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin

Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.

Ürək döyüntüsünün normadan çox olmasının səbəbləri

Ürək xəstəlikləri vətəndaşlar tərəfindən maraq mövzusu olaraq qalır. Ürək vücudun ən vacib orqanlarından biridir. Dəqiqədə 60 ilə 80 dəfə döyünür. Bu rəqəm artdıqca həkimə müraciət edilməlidir.

Bəs ürək döyüntüsünün normadan artıq baş verməsinin səbəbləri nədir?

Ürək ritminin pozulması "aritmiya" adlanır. Aritmiyanın bir neçə növü var. Bəzən aritmiya özünü heç bir simptomla büruzə vermir. Lakin əksər hallarda insan ürək ritminin pozulmasını hiss edir.

Aritmiya özünü müxtəlif simptomlarla biruzə verir:

Bunun üçün həkim EKO testi istəyə bilər. Həmçinin tiroid vəzlərinin yoxlanılması, qan testi ilə qansızlığın olub-olmaması araşdırılmalıdır. Ürək döyüntüsünün səbəbi stress, düzgün qidalanmamaq, həyəcan və s ola bilər.

  • zəiflik
  • baş gicəllənməsi
  • ürəyin "dayanması" hissi və ya əksinə ürəyin güclü təkanları
  • ürək nahiyəsində sıxılma hissi

Bunun üçün ilk olaraq lazımi tədbirlər görülməli, analizlər aparılmalıdır. Bundan sonra isə kardioloq düzgün diaqnozu qoya biləcək.

Son zamanlar insanlar arasında " ürəyim quş kimi çırpınır, elə bu dəqiqə yerindən çıxacaq" kimi sözlərlə xarakterizə olunan ürək çırpınmaları, sürətli döyünməsi şikayətləri çoxalıb.

Ürəyi çırpınan insana elə gəlir ki, döş qəfəsi sıxılır, ürək boğaza kimi gəlib. Əgər bu hal insan avtobusun ardıyca qaçıbsa, bərk qorxubsa, ya hardasa havasız yerdə qalıbsa, bu hal normaldır. Yox əgər dayandığı yerdə ürəyi çırpınırsa, o zaman bu vəziyyətin səbəbini araşdırmaq lazımdır.

Qidalanma və rejim ürəyi çırpındırır

Bir çox qidalar, yeməklər, içkilər ürək döyünməsini artırır. Tibbdə həkimlər buna taxikardiya deyir. Ona görə yeməklərinizi, qida rejiminizi ciddi araşdırın.Elə adamlar var ki, sarımsaq, şoraba, hisə verilmiş məhsullar, pendir- yəni adrenalin artıran qidalar yedikdən sonra ürəyi döyünür.

Alkoqol, energetik içki

Ürəyi çırpındıran ən birinci səbəbdir. Alkoqol aritmiyanın başlamasına da təkan verir.

Kofein

Kofein adenozini blok edir, adenozin ürək ritmini yavaşıdır. Kofein təkcə qəhvədə olmur, digər içkilərdə, çayda, şokoladda, energetik içkilərdə də var. Şokoladda isə kofeinlə yanaşı, teobromin də vardır ki, bu maddə də ürək sıxılmalarını artırır.

Allergiya

Həm qida allergiyaları, həm dərman allergiyaları, həm də bəzi maddələrə həssaslıq qısa zaman kəsiyində ürək döyüntülərinə təsir edə bilər.

Çox yemək

Mədəsi, qarnı " partlayana" kimi yemək, toxluq, əsas da qonaqlıq, toydan sonra yaşlı insanlarda ürək döyüntüləri artır. Həzm prosesi getdikdən sonra bu hal aradan qalxır. Kök, piylənmədən əziyyət çəkən insanlarda da ürək döyüntüsü, hətta taxikardiya çox rast gəlinir.

Psixoloji səbəblər

Hər hansı narahatlıq, bir hadisəyə, adama görə həyəcan, xoşagəlməz xatirə, təşviş pozuntusu ürəyi də relsdən çıxarır.

Dərman preparatlarının qəbulu

Çox dərmanların təlimatında əks təsir kimi ürək ritmi dəyişiklikləri göstərilir.

  • Təzyiq dərmanları
  • Bronxit, astma dərmanları
  • Ürək-damar dərmanları
  • Hormonal preparatlar
  • Antibiotiklər
  • Amfetamin

Yuxuda taxikardiya

Ən təhlükəli taxikardiyalardan biridir. Bəzən arada bir tutur, bəzənsə hər gün baş verir. İnsan yuxuda, fiziki olaraq ürəyin bərk döyündüyünü hiss edir, ürəyin səsini eşidir, qorxur, sinədə, başda ağrılar hiss edir. Əgər bu anda qəfildən oyansa, huşunu itirmək həddinə belə çata bilər. Yaxşı olar ki, bu zaman gözlərini açmadan, yerində uzansın, sakitləşməyi gözləsin. Yuxuda taxikardiya - ciddi siqnaldır, artıq həkimə getmək vaxtıdır. Səbəbləri çoxdur: mədə-bağırsaqdan tutmuş qalxanvari vəzə kimi.

Əgər ürək döyüntüləriniz hər gün artırsa, yuxarıdakı səbəblərdən asılı deyilsə, o zaman kardioloqa gedib, bir çox sistemləri yoxlatmaq lazımdır. Ürək ritmini sakit və hərəkətli halda təyin etmək, ölçmək, kardioloji müayinə və müalicə üçün Bioloji təbabət klinikasına müraciət edə bilərsiz.