Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Haşimoto Xəstəliyi - Autoimmun Tiroidit - Zob Xəstəliyi - Ramin Məmmədzadə (Endokrinoloq-Dietoloq)

Haşimoto xəstəliyi autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılan, qalxanabənzər vəzin xroniki iltihabi bir xəstəliyidir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır. Haşimoto tireoiditi zamanı qanda çoxlu miqdarda anti-tpo və anti-tg antitelləri yaranır. Bu antitellər qalxanabənzər vəzi hüceyrələrini məhv edirlər və iltihabi proses nəticəsində qalxanabəznər vəz hüceyrələri azalır. Hormon ifraz edən hüceyrə sayı azaldığı üçün tireoid hormon yetməzliyi (tənbəl zob) yaranır.


HAŞİMOTO XƏSTƏLİYİNİN SİMPTOMLARI HANSILARDIR?


Adətən bir çox xəstənin heç bir şikayəti olmur. Bəzi xəstələrdə vəzi hipoplaziyaya uğrayır (kiçik zob) bunun nəticəsi olaraq tənbəl zobun simptomları üzə çıxır. Xəstələr xəstəliyin gedişindən asılı olaraq, fərqli səbəblərlə həkimə müraciət edə bilərlər. Haşimoto xəstəliyinin 3 cür gedişi müşahidə oluna bilər.

Zəhərli faza: Bu zaman qanda tiroid hormonlarının yüksəlməsinə bağlı olaraq, xəstələr eyni ilə zəhərli zob zamanı görülən simptomlarla o cümlədən, ürəkdöyünmə sayında artış, əsəbilik, titrəmə və aşırı sinirlilik kimi şikayətlərlə müxtəlif ixtisaslı həkimlərə müarciət edirlər.

Eutiroid faza: Bu zaman xəstənin hormonları normal olur və heç bir simptom olmur. Bəzən USM-də dəyişiklik və yaxud qanda antitellər (anti tpo və anti tg) yüksək olur. Bu zaman pasientlərə əvəzedici hormon müalicəsi təyin edilmir. Yalnız antitellərin yüksəkliyi səbəbindən Selenium (maxilen bio) elementindən istifadə oluna bilər.

Hipotiroid faza: Bu zaman qanda qalxanabənzər vəzin hormonları azalır və pasientlərdə bir sıra şikayətlər əmələ gəlir. Belə ki, xəstələrdə kökəlmə, pəhrizə baxmayaraq çəkinin azalmaması, dəri quruluğu, saç tökülməsi, yorğunluq-halsızlıq, üzdə, əldə-ayaqlarda şişkinlik, qəbizlik, qadınlarda aybaşı pozğunluğu, təngnəfəslik kimi şikayətlər olur.


HAŞİMOTO XƏSTƏLİYİ HANSI XƏSTƏLİKLƏRLƏ BİRLİKDƏ RAST GƏLİNƏ BİLƏR?


  • Qreyvs xəstəliyi
  • 1-ci tip şəkərli diabet
  • Adisson xəstəliyi (böyrəküstü vəz yetməzliyi)
  • Revmatoid artrit
  • B12 defisitli qanazlığı
  • Hipoqonadizm
  • Vitiliqo
  • Miastenia qravis
  • Hipoparatiroidizm və s. kimi autoimmun xəstəliklərlə birlikdə rast gəlinə bilər.

HAŞİMOTO XƏSTƏLİYİ ZAMANI DİAQNOZ NECƏ QOYULUR?


Tiroid ultrasəs müayinəsində qalxanvari vəzdə ciddi exostruktur dəyişikliyi-aşağı exogenlik və yalançı düyünlər aşkarlanır. Autoimmun tiroiditdə həqiqi düyün olarsa, təqib olunur, ehtiyac olarsa biopsiya olunur. Lakin bu xəstəlikdə psevdodüyünlər, yəni yalançı düyünlər daha çox rast gəlinir. Hətta qalxanvari vəzin ultrasəs müayinəsini edən həkim bu sahədə kifayət qədər peşəkar olmadıqda psevdodüyünləri həqiqi düyün kimi yazır. Beləliklə klinik olaraq xəstəni təqib edən həkimi də yanılda bilər, lazımsız biopsiya hətta cərrahi əməliyyata səbəb ola bilər.