Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Sidik Yollarının Funksional müayinəsi - Urodinamiya - Elza Binnətova (Uroloq)

Urodinamiya-sidik kisəsi xəstəliklərinin səbəblərini araşdırır.

Urodinamiya – sidik kisəsinin və aşağı sidik yollarının funksiyalarını öyrənən kompleks instrumental müayinə üsuludur. Məqsəd – sidik qaçırmanın və sidiyə gedə bilməmənin səbəblərini tapıb düzgün müalicə üsulunun seçilməsidir.Müayinə üçün müasir yüksək keyfiyyətli aparatdan istifadə olunur. Urodinamiya hər yaşda aparıla bilən müayinə üsuludur.

Müayinəyə göstərişlər:


  • Sidik qaçırma;
  • Sidiyə gedə bilməmə;
  • Genital prolapsuslar;
  • Sidik yolları infeksiyaları;
  • Sistitlər, interstial sistit;
  • Sidiyin tam boşalmama hissi;
  • Uretra darlığı;
  • Neyrogen sidik kisəsi;
  • Hiperaktiv sidik kisəsi.