Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Uşaqlarda Enurez - Sidik Qaçırma - Elza Binnətova (Uroloq)

Enurez uşaqlarda yataq islatma olaraq bilinir, tərif olaraq 5 yaşdan yuxarı bir uşağın ayda bir-iki dəfədən çox yuxu sırasında istəmədən sidik qaçırmasıdır. Bəzi uşaqlar gündüz oyaq olduqda belə sidik qaçırdırlar.

Beş yaşındakı uşaqların 20%-i, 7 yaşındakı uşaqların 10%-i, yetkinlik dövründəkı uşaqların 1-2%-i enurez problemi yaşayırlar. Ancaq xəstələrin həkimə müraciəti bəzən gec olur. Bunun bir səbəbi uşaqlarda enurezin təbii qarşılanması, ailədəki digər enurezli fərdlər kimi bir yaşda düzələcəyinin düşünülməsidir. Digər bir səbəb uşağın və ailənin hadisəni utanc verici görməsidir. Gec həkimə müraciət etmə səbəbi ilə illərcə uşağın yatağı islatmasının yaratdığı müxtəlif problemlərlə yaşayırlar. Hətta bu psixoloji və sosial problemlər daimiləşərək, bir gün uşağın yataq islatması düzəlsə belə uzun müddət davam edir.