Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Prediabet - Gizli Şəkər - Şəkərli diabetə meyillilik - Yeganə Mehdiyeva (Endokrinoloq -Dietoloq)

Özünün xəbəri olmadan şəkər xəstəsi olan, yəni gizli şəkərdən əziyyət çəkənlər çoxdur. Elmi dildə prediabet adlanan xəstəlik diabetdən əvvəlki dövrə deyilir və belə xəstələr gizli şəkər xəstəsi kimi qəbul edilir. Ümumiyyətlə, şəkərli diabet qanda insulin hormonunun çatışmaması və ya keyfiyyətinin pozulması nəticəsində qanda şəkərin səviyyəsinin tənzimlənə bilməməsi halıdır.

Diabet xəstəliyinin gizli dövrü olur, həmin hallar insulin rezistenlik dövründən sonra meydana çıxır. Acqarına qanda olan şəkərin səviyyəsini ölçəndə insanda diabet xəstəliyinin olduğu üzə çıxar. Lakin yalnız qlükozanın miqdarını ölçmək və aclıq rəqəmləri əsasında diaqnoz qoymaq mümkün deyil. Həmin xəstələrdə şəkər yükləməsi testi aparılır və bunun nəticəsində onun diabet xəstəsi olub-olmadığı müəyyən edilir.