Hamiləlikdən qoruyan həblər - Aytən İbrahimova (Mama-ginekoloq)
Hamiləlikdən qoruyan həblər: Faydalı və ziyanlı tərəfləri
Hamiləlikdən təcili qorunma: növləri, tabletlərin təsiri və təhlükəsizlik dərəcəsi
Təəsüf ki, indiki zamanda körpələrin çoxu planlaşdırılmamış şəkildə dünyaya gəlir. Bu ona görə baş verir ki, insanlar qorunulmamış cinsi əlaqənin nəticələri barədə düşünmürlər. Çoxlu sayda kontraseptiv üsullara baxmayaraq, insanların çoxu hətta bilmir arzuolunmaz hamiməliyin qarşısı necə alınmalıdır.
Arzuolunmaz hamiləliklərdən qorunmaq qadınlar üçün hər zaman ən aktaul problemlərdən sayılır. Bir çoxları bununla bağlı qoruyucu həblərdən istifadə edir. Başqa metodlardan yararlananlar da var. Bəs əslində hansı metod daha uğurlu sayılır? Qadınlar nələri nəzərə almalıdırlar?
Təcili kontrasepsiyanın növləri
Qorunmamış cinsi əlaqədən sonra arzuolunmaz hamiləliyin qarşısını almaq üçün müxtəlif ölkələrdə bir neçə dərman qrupu istifadə olunur:
- estrogen və gestagenlərin kombinasiyası (Yuzpe metodu);
- mis tərkibi uşaqlıqdaxili spiralın yeridilməsi;
- tərkibində gestagen olan tabletlərin istifadəsi;
- progesteron antagonistlərinin (Mifepriston) tətbiqi.
Bizdə ən çox son iki üsuldan istifadə olunur. Amma, yaxşı təcili kontrasepsiya hansıdır sualına, Ümumdünya Səhiyyə Təşkilatının alimləri bildirirlər ki, bu, qorunmamış cinsi əlaqədən sonrakı yaxın 5 gün ərzində qoyulmuş uşaqlıqdaxili kontraseptiv vasitə – spiraldır. O, hamiləliyin qarşısını alan ən effektiv üsulsur. Lakin bahadır və hamıya yaramır – yeniyetmə və doğmamış qadınlar üçün məsləhət görülmür.
Çoxsaylı tibbi araşdırmalara əsasən, alimlər bu qərara gəlmişlər ki, tərkibində 10 mg Mifepriston olan preparatlar yeni nəsil təcili kontraseptiv vasitələri hesab edilə bilər.
Daxilə qəbul edilən dərman preparatlarının təsirləri
Təcili kontrasepsiya vasitələrinin təsirini yaxşı başa düşmək üçün mayalanmanın necə baş verdiyini bilmək lazımdır. Çünki hər bir vasitə bu mexanizmin müəyyən mərhələsində təsir göstərir.
Təcili kontrasepsiya həbləri son 30 il ərzində geniş öyrənilmiş və öz effektivliklərini sübut etmişdir. Bu preparatlar aşağıdakı hallarda arzuolunmaz hamiləliyin qarşısını almaq üçün istifadə olunur:
- planlı kontrasepsiya vasitələri olmadıqda;
- prezervativin (baryer kontrasepsiya vasitələrindən biri), vaginal qapağın və diafraqmanın cırılması və ya yerini dəyişməsi baş verdikdə;
- oral kontraseptivin qəbulunu ardıcıl iki dəfədən çox buraxdıqda;
- uzunmüddətli təsir göstərən kontraseptivi vaxtında inyeksiya etmədikdə;
- pozulmuş cinsi əlaqə uşaqlıq yoluna və ya xarici cinsiyyət orqanlarının dərisinə eyakulyasiya ilə başa çatdıqda;
- əvvəlcədən istifadə edilmiş spermisid (spermatozoidi öldürən) tablet tamamilə həll olmadıqda;
- təqvim qorunma metodu ilə "təhlükəsiz" günləri səhv təyin etdikdə;
- zorlamada.
Bütün bu hallarda, dərman vasitələrindən mümkün qədər tez istifadə etməlisiniz.
Bu məqsədlə iki növ dərman preparatları istifadə olunur:
- levonorgestrel (progestin) əsaslı;
- etinilestradiol (estrogen) və levonorgestrelin (progestin) kombinasiyası.
Monokomponent (bir komponentli) vasitələr cinsi əlaqədən sonra bir və ya 12 saatlıq ara ilə iki dəfə qəbul edilə bilər. Kombinəedilmiş maddələr iki dəfə qəbul olunur. Bu, birdəfəlik dozanı və əlavə təsirlərin riskini azaltmağa imkan verir. Preparatları mümkün qədər tez qəbul etmək lazımdır, çünki, gecikmənin hər saatı hamiləlik ehtimalını artırır. Bununla belə, dərmanların effektivliyi cinsi əlaqədən sonra əvvəllər düşünüldüyü kimi 72 saat yox, 120 saata qədər qalır.
Təcili kontrasepsiya tabletlərinin aşağıdakı təsirləri var:
- ovulyasiyanın qarşısını alır və ya onu gecikdirir;
- spermatozoidlə yumurtahüceyrənin birləşməsinə mane olur;
- mayalanmış yumurtahüceyrənin uşaqlığa daxil olmasını çətinləşdirir (bu hələ tam sübut olunmayıb).
Hormonal maddələrin təhlükəsizliyi
- ürəkbulanma və qusma;
- qarında ağrı;
- zəiflik (halsızlıq) hissi;
- başağrısı və başgicəllənmə;
- süd vəzilərinin ağrılı olması;
- uşaqlıq yolundan qanlı ifrazat (menstruasiya xarakterli olmayan);
- menstruasiyanın başlanma vaxtının dəyişməsi (adətən gözlənilən vaxtdan bir həftə əvvəl və ya gec olur).