İnfarkt Əlamətləri - Gizli Ölüm - Sevinc Mehdiyeva (Kardioloq)
Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır. Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.
İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu plaklar həm damarın özünü daraldır, bəzən də qopa bilir ki, bu da damarın tamamən tıxanmasına səbəb olur və miokard infarkt da bu şəkildə ortaya çıxır.