Cinsi Xəstəliklərdən Necə Qorunmaq Olar? - Həsən Səmədov (Androloq)
Cinsi yolla keçən xəstəliklər vaginal, anal və ya oral seks yolu ilə insandan insana keçən və müalicə edilməsi lazım olan ciddi xəstəliklərdir. Bununla bərabər bəzən bu xəstəliklər süd verərkən, ortaq iynə istifadəsi və hətta nəmli əşyalarla təmas yolu ilə də keçə bilir.
Hazırda çox sayda cinsi yolla keçən xəstəliklər məlumdur. Ən çox rast gəlinəni QİÇS, Hepatit B, sifilis, xlamidios, genital herpes, lenfogranuloma venereum kimi xəstəliklərdir.
Xəstəliyə səbəb olan faktora bağlı olaraq xəstənin şikayətləri müxtəlif ola bilər.