Düyünlü Zob - Ramin Məmmədzadə (Endokrinoloq - Dietoloq)
Düyünlü Zobun Xüsusiyyətləri - Qalxanabənzər vəzinin düyünlü patalogiyası. Qalxanabənzər vəz - insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən böyüyüdür. Qalxanabənzər vəz orqanizmin, demək olar ki, bütün funksiyalarının idarə olunmasında iştirak edir. Qalxanabənzər vəzin hormonlarının çatışmazlığı boy artımının ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur.