Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Yumurtalıqların Soyuqlaması - Yumurtalıqların iltihabı - Aytən İbrahimova (Mama-ginekoloq)

Yumurtalıq iltihabının əlamətləri


  • çox miqdarda və qoxulu formada ayrılan vaginal axıntı ;
  • qarnın alt nahiyəsi və yumurtalıqlarda ağrıların olması ;
  • qeyri - müntəzəm şəkildə aybaşı qanaxması ;
  • temperatur ;
  • cinsi əlaqə zamanı ağrı ;
  • sidiyə çıxan zaman ağrı yaxud da göynəmə ;

Gigiyenik qaydalar


Vaginal yaxud da şəxsi gigiyenik qaydalara tam riayət edilmədiyi zaman bu problem yarana bilər.Aybaşı zamanı yaxud da həddindən artıq tez - tez cinsi əlaqədə olmaq dayaranma səbəblərdən biridir.


İmmun sisteminin zəif olması


İmmun sistemi zəif olan zaman insanın xəstəlik, bakteriya və infeksiyalara da qarşı dayanma gücü az olur.İmmuniteti yüksəltmək üçün isə bol şəkildə təzə və çiy halda meyvə, tərəvəz, göyərti yemək və vitamin komleksləri qəbul etmək lazımdır.


Yumurtalıqda yaranan iltihabın bir çox digər səbəbləri də ola bilər :


  • 25 yaşdan az olan aktiv cinsi həyat ;
  • 1 nəfərdən daha çox şəxslə cinsi əlaqədə olmaq ;
  • fərqli insanla cinsi əlaqəyə girən biri ilə cinsi əlaqədə olmaq ;
  • cinsi əlaqə zamanı qoruyucu (prevervativlərdən) istifadə etməmək ;
  • vaginanın içərisində olan yaxşı və pis bakteriyaların balansını pozan vaginal duş qəbul etmək.

Müalicə üsulu


Yumurtalıq soyuqdəyməsinin ən aktual müalicə üsulu antibyotiklər qəbul etməklə sağalmaqdır.Həkim qəbulunda olmalı və müayinə olunduqdan sonra həkimin sizə məsləhət bildiyi antibyotikləri bəlli doz və miqdarda qəbul etmək lazımdır.Bu ərəfədə bol miqdarda su içmək və vitaminli məhsularla qidalanmağı da unutmaq olmaz.