Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Qadınlarda sidik qaçırma - Sidik qaçırmanın müalicəsi - Elza Binnətova (Uroloq)

Sidik saxlamazlıq, sidik qaçırma, sidik buraxmanın müxtəlif formaları.


Sidik saxlamazlıq, sidik qaçırma. Urgent sidik saxlamazlıq, sidik kisə dolu olmadığı halda, heç bir xəbərdaredici siqnal gəlmədən sidik kisəsi əzələlərinin güclü yığılması nəticəsində gözlənilmədən, qəfildən yaranan sidik ifrazına çağırışla əlaqədar xəstənin sidiyi saxlaya bilməməsidir. İmperativ adı da buradan götürülüb, çünki sidik ifrazına əmredici çağırış olur.

Çünki, sidik kisə əzələlərinin yığılması elə güclü olur ki, sidik kisə daxili təzyiq kəskin yüksəlir və sidik kanalı daxili təzyiqi üstələdiyi üçün sidik kanalı əzələlərinin yığılmasına ( xüsusən də sidik kisə tam dolu olmadığı halda ) baxmayaraq sidik qaçırtma olur. Normal halda sidik kisə daxili təzyiq tədricən, yavaş – yavaş yüksəlir və sidik kisəsinin boynu və sidik kanalı əzələləri buna adaptasiya ola bildiyi üçün sidik qaçırtma olmur. Urgent sidik saxlamazlıq hiperaktiv sidik kisə ( hask ) olan pasientlər üçün xarakterdir. Hiperaktiv sidik kisəyə neyrogen sidik kisə yaxud qeyri – stabil sidik kisə də deyirlər.