Toydan Öncə Analizlər - Həsən Səmədov (Androloq)
Çoxsaylı aşkar və gizli cinsi infeksiyaların geniş yayıldığını nəzərə alsaq, toyu olacaq gənclərin toydan 1 ay öncə fərdi uroloji müayinədən keçib, cinsi yolla keçən infeksiyalardan analizlər verməsi mütləqdir.
Toydan 1-2 ay öncədən həm xanımın, həm bəyin müayinədən keçməsi vacibdir. Təbii ki, dövlətimizin gözəl addımlarından olan məcburi qan analizi və müayinədən başqa, ayrıca ginekoloji, uroloji müayinələrdən də keçməlidirlər.
- Spermoqramma - toxum analizi. Gələcəkdə övlad sahibi olmaq üçün bu vacib müayinədir. Ailə qurduqdan sonra uzun müddət hamiləlik olmadıqda gedib bu analizi verirlər və sürprizlə rastlaşırlar.
- USM - uroloji və genital orqanların müayinəsi- orqanların anatomik olaraq dəyişikliklərini bilmək
- Sidik analizi
- Urogenital infeksiyaların yoxlanması