Uşaqlarda sidikdə qoxu, qan və göynəmə varsa? - Şəhla Mustafayeva ( Pediatr-allerqoloq )
Uşaqlarda Sidik Yollarının İnfeksiyası
- Uşaqlarda sidik yolu infeksiyası tənəffüs yolu infeksiyalarından sonra ikinci ən çox rastlanan infeksiya səbəbidir. Hər yaşta görülə bilər, xüsusilə həyatın ilk bir ili, sidik yolu infeksiyaları böyrəklərdə qalıcı zədələnmələrə səbəb olabiləciyindən bu yaş ən riskli dövr təşkil edir.
- Böyrəklərin zədələnməsi isə gələcəkdə yüksək təzyiqə və xroniki böyrək çatışmazlığına gətirə bilər. Bütün yaş qrupundakı uşaqlar, yüksək hərarət, xəstə halı, ürək bulanması və qusma kimi əlamətlərin varlığında sidik yolu infeksiyası yönündən araşdırılmalıdır.
- Uşaqlarda bəzi risk amillərinin mövcudluğu sidik yolu infeksiyanın ehtimalını artırır. Oğlan uşaqlarında, sünnət dərisinin altında çoxalan bakteriyaların yaratdığı münbit şərait, infeksiya ehtimalını təxminən on dəfə artmasına səbəb olur. Bununla yanaşı, qəbizlik, tualet vərdişinin verildiyi 2 – 4 yaş arası dövrdə xüsusilə qız uşaqlarında görülə bilən işəmə pozqunluğu (uşaqların sidiyini saxlayıb tualetə gec gec getməyi) problemlərinin mövcudluğu və bəzi anadangəlmə anomaliyalar də infeksiya ehtimalını artırır.
- 7 yaşınadək oğlanların 2%-də, qızların isə 8%-də, sidik yollarının infeksiyası görülür. İşəmə ilə bağlı şikayətlərini sözlə ifadə etməyi bacaran uşaqların 8%-də sidik yollarının infeksiyası aşkar edilir.
- Həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yollarının infeksiyası görülmə ehtimalı, qızlar və sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 8-qat daha yüksəkdir. 39.0°C-dən yüksək hərarət müşahidə olunan qız uşaqların 30%-də sidik yollarının infeksiyası görülür.
- Bir yaşından kiçik körpələrdə; hərarət, narahatlıq, kilo alabilməmə, anoreksiya, qusma və yuxu rejiminin pozulması kimi əlamətlər sidik yolu infeksiyanı ağla gətirməlidir. Xüsusilə işəmə zamanı ortaya çıxan; ağlama, üz turşutma və narahatlıq ilə bərabər sidikdə pis qoxu, bulanıqlıq da diqqət edilməlidir.
- Tualet vərdişini almış uşaqlarda isə; sidiyə gedəndə yanma, təcili sidiyəgetmə istəyi, təxirəsalınmazlıq, tez-tez sidiyə getmə, gündüz/gecə sidik qaçırma, böyrək nahiyəsində ağrı əlamətlərin varlığinda sidik yollarının infeksiyası ağla gəlməlidir.
Sidik yolları İnfeksiyası Necə müalicə edilməlidir?
- Diaqnostika və müalicə əksər hallarda yanaşı aparılır. Xəstənin klinik vəziyyəti, sidik-cinsiyyət sistemi orqanlarının anomaliyasının varlığı və ailənin müalicəyə uyğunluğu nəzərə alınaraq (yaşayıq uzaqlığı, evdə müalicə alabilmə imkanı və s.), ayaqdan və ya xəstəxanada yatırılaraq müalicə təyin edilir. Sidiyin ümumi analizi və əkilməsi alınır. İnfeksiyanin mülicəsi məqsədilə veriləcək antibakterial preparat uşağın yaşı və kiloqramına uyğun dozada tənzimlənir. Müalicədən üç gün sonra, kontrol sidik anilizi aparılır və müalicənin təsiri nəzərdən keçirilir və lazım gələrsə əkilmə və antibiotik həssaslıq testin nəticəsi nəzərə alınaraq müalicə dəyişdirilir.
- Sidik yollarının infeksiyasının ən geniş rast gələn səbəbi bakterial infeksiyalardır. Escherichia coli bunların 85-90%-ni təşkil edir. Proteus mirabilis, Staphylococcus saprophyticus, Staphylococcus aureus, Pseudomonas növləri, Serratia marcescens, Citrobacter növləri, Staphylococcus epidermidis və s. sidik yollarının infeksiyasına səbəb ola biilən digər mikroorqanizmalardır.
Sistit
Sidik kisəsinin selikli qişasının iltihabına sistit deyilir. Sidik kisəsi və sidik kanalı (uretrit) infeksiyanın əlamətləri ilə özünü birüzə verir;
- Dizuriya,sidiyə gedəndə yanma
- Tez-tez sidiyəgetmə
- Təcili sidiyəgetmə istəyi, təxirəsalınmazlıq,
- Təcililik (urgency)
- Qasıqüstü nahiyədə ağrı və narahatlıq kimi əlamətlər sistittə görülə bilər.
Pielonefrit
Pielonefrit — böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının iltihabi prosesidir. Uşaqlarda yüksək hərarətli sidik yollarının infeksiyası olduğunda sidik ifrazat sisteminin anatomik/funksional anomaliyası ağla gəlməlidir. Bu səbəblə uşaqlarda infeksiyanın əlamətləri varsa, xüsusilə yüksək hərarət mövcuddursa mütləq müayinədən keçirilməlidir.
Sidikdə qan, qusma, ishal varsa
- Sidik yolu infeksiyası uşaqlarda, xüsusilə də yeni doğulmuş körpələrdə və 1-6 yaş arası qız uşaqlarında çox sıx rast gəlinən xəstəlikdir
- Bunu uşaq cərrahı, uzman həkim Aqil Abilov bildirib. Həkim deyib ki, bu xəstəliyə proteus, psevdomonas və s. kimi zərərli bakteriyalar səbəb olur. Sidik yolu infeksiyası çox zaman bağırsaqda olan bakteriyaların sidik yoluna keçməsi nəticəsində yaranır.
- Yeni doğulmuş körpədə öncə genital bölgədə qızartı, səpkilər olur, sidiyin qoxusu dəyişir, daha sonra uşaqda halsızlıq, narahatlıq yaranır, əmmə zəifləyir. Bundan başqa, çəki artımı zəif olur və ya çəki artmır, gün ərzində səbəbsiz ağlamalar, sidiyə gedərkən yanma, ağrı hissiyyatı, sidikdə qan görülür, temperaturun tez-tez qalxıb-enməsi, qusma, ishal, qarında ağrı kimi hallar baş verir.
- İnfeksiya dərhal müalicə olunmazsa, proses böyrəklərə qədər gedib çıxar və daha ciddi xəstəliyə gətirib çıxara bilər.
- Yeni doğulmuş körpələrdə hətta temperatur yüksək olduğu zaman xəstəxana şəraitində yatırılıb, müalicə olunması vacibdir.