Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Uşaqlıq boynu eroziyası - Uşaqlıq Boynu Eroziyası Nədir, Əlamətləri Və Müalicəsi - Aytən İbrahimova (Mama-ginekoloq)


Uşaqlıq boynu eroziyası nədir, əlamətləri və müalicəsi


Uşaqlıq boynu eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir.

Uşaqlıq boynu eroziyası niyə yaranır, yaranma səbəbləri nələrdir?


  • Erkən cinsi həyat, yeniyetməlik dövründə hamiləlik və doğuş
  • Cinsi partnyorun tez-tez dəyisilməsi, çox aktiv cinsi həyat
  • Travmatik təsir (tibbi müdaxilələr, abortlar, ağırlaşmış doğuşlar)
  • Cinsi yolla keçən infeksiyalara yoluxma zamanı (sidik-cinsiyyət sisteminin xroniki xəstəlikləri zamanı)
  • Hormonal disbalans, hormonal preparatların ve kontraseptivlerin qeyri-düzgün qəbulu
  • İmmundefisit veziyyətlər

Uşaqlıq boynu eroziyasının əlamətləri


  • Çox nadir hallarda erkən vaxtlarda hər hansı bir əlamətlə özünü biruzə verir. Əsasən qadın profilaktik ginekoloji müayinədən keçən zaman aşkarlanır.
  • Yalnız proses ağırlaşdıqca pasiyentlər aşağıdakı əlamətləri hiss edib şikayətlənirlər.
  • Xoşagəlməz qoxulu çoxlu ifrazatın olması
  • Cinsi əlaqə zamanı, menstruasiya zamanı qarnın aşağı hissəsində ağrının olması
  • Cinsi əlaqədən sonra əsasən də menstrual tsiklin ortasında qan qarışıqlı seliyin və ya irinli-qanlı ifrazatın olması

Diaqnostika necə aparılır?


  • Ginekoloji müayinə
  • Cinsi yolla yoluxan infeksiyaların müayinəsi (xlamidiya, ureoplasma, mikoplazma, insan papillomavirusu, herpes)
  • Kolposkopiya – uşaqlıq boynunun optik cihazla baxışıdır. Bu cihaz vasitəsi ilə uşaqlıq boynunu dəfələrlə böyüdüb patoloji sahələri daha dəqiq müəyyən etmək olur. Kolposkopiya ağrısız prosedurdur.
  • Uşaqlıq boynunun sitoloji müayinəsi – onkositologiya.
  • Uşaqlıq boynunun biopsiyası – bu zaman patoloji sahədən toxuma götürülür. Biopsiya kolposkop müayinəsi altında götürülür. Biopsiya son nəticənin qoyulmasında əsas rol oynayır.

Uşaqlıq boynu eroziyasının müalicəsi


  • İltihab əleyhinə, hormonal preparatlar, lazım olduqda antibakterial və virusəleyhinə preparatlar təyin edilir (yaranma səbəbinə əsasən). Kompleks müalicəyə immunstimulyatorlar da əlavə oluna bilər.
  • Kimyəvi koaqulyasiya – uşaqlıq boynunu xüsusi koaqulyasiya verən preparatlarla işlənməsi. Məsələn-“solkovagin”(orqanik turşudur)
  • Kriodestruksiya – eroziya sahəsi mayeli azotla işlənilir, sağlam toxumaya qədər “dondurulur”
  • Lazerkoaqulyasiya – eroziya sahəsinə cərrahi lazer şüalarının birbaşa təsir nəticəsində sağlam toxumaya qədər işlənməsidir. Bu zaman uşaqlıq boynunda yanıq, travma, çapıq yaranmır.
  • Radiodalğa cərrahiyəsi
  • Uşaqlıq boynunun konizasiyası – daha dərin proseslərdə bu metoddan istifadə olunur. Adi skalpellə, elektrik petlə ilə (elektrokonizasiya), lazerlə (lazerkonizasiya) həyata keçirilir.