Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Uşaqlarda pnevmoniya - Sətəlcəm - Şəhla Mustafayeva (Pediatr-allerqoloq)

Pnevmoniya tənəffüs yolu infeksiyaları xüsusilə ölkəmizdə və dünyada uşaq xəstəlikləri və ölümlərinin əsas səbəblərindən biri olaraq önə çıxır. Pnevmoniya üst tənəffüs yollarında olan və xəstəlik törədən mikrobların nəfəs borusu və ağciyərlər ilə ağciyər daxili hava yollarını iltihablandırması olaraq təyin olunur və sətəlcəm hadisələrinin 33%-i 0-5 yaş qrupundakı uşaqlardan meydana gəlir. Pnevmoniya uşaqlarda ən sıx görülən alt tənəffüs yolu infeksiyası olub xüsusilə ilk 3 yaşda olan uşaqlarda ən sıx xəstəxanada yatış səbəbidir. Ümumiyyətlə bir üst tənəffüs yolu infeksiyasından bir neçə gün sonra birdən yüksələn qızdırma, artan öskürək, bəlğəm çıxarma və tənəffüs çətinliyi pnemoniyalar ağla gətirməlidir.

Uşaqlarda pnevmoniya vəziyyətində qızdırma, halsızlıq, öskürək, tez-tez nəfəs alma, ürək döyünməsi, qusma, qarın ağrısı və yan ağrısının da ola biləcər. Körpə və kiçik uşaqların sinəsində və qarınında tez-tez enib çıxmalar, inləmə, pişik mırıltısı kimi bir səs eşidilə, burun qanadlarının hərəkət edə, böyük uşaqlarda isə ciddi sinə ağrısı, yan tərəflərində ağrı, qızdırma və nəfəs aldıqda batma və öskürək kimi əlamətlər görülə bilər.


Pnevmoniya necə yoluxur?


Pnemoniyalara səbəb olan faktorların asqırıq, öskürək və xəstə şəxslərin danışıq vaxtı havaya yayılan damlaların tənəffüs edilməsi yolu ilə yoluxduğu kimi, ağız və burun ifrazı ilə yoluxmuş stəkan, dəsmal, çəngəl-qaşıq, qapı qolu kimi əşyalar vasitəsilə xəstəlik digər şəxslərə də keçə bilər.


Risk altındakı uşaqları qidalandırma üsulları


Tənəffüs yolu infeksiyaları zamanı iştah itər, bu səbəblə uşağınızı tez-tez və az-az qidalandırmaq lazımdır. Tənəffüs yolu infeksiyalarında xüsusilə qızdırma və maye itkisi çox artar, bu vəziyyətdə əlavə mayeyə mütləq ehtiyac vardır. Körpəniz 6 aydan kiçikdirsə və yalnız ana südü ilə bəsləyirsinizsə, əmizdirmə sıxlığını artırın, 6 aydan böyükdüsə, ana südü və əlavə qida ilə bəsliyirsinizsə, içməli su, meyvə suları və bitki çayları kimi içkiləri bol miqdarda verməlisiniz. Bitki çayları və cökə kimi evdə hazırlaya biləcəyiniz içkilərlə uşağınızın boğaz ağrısı və öskürəyini azalda bilərsiniz. Burun axıntısının təmizlənməsi nəfəs almasını asanlaşdır, burnu tıxalıdırsa, şoran və ya dəniz / okean suyu ehtiva edən spreylər və ya damlalarla təmizlənməlidir. Yüngül öskürəyi və qızdırması olan bir uşağın əvvəlcə qızdırmasının salınması, bəslənməsinə və maye qəbuluna diqqət edilməsi lazımdır.


Pnevmoniya zamanı həkimə nə vaxt getməli?


Boğaz ağrısının şiddətlənməsi və uzun davam etməsi, öskürəklə tünd bəlğəm gəlməsi və ya öksürəyin 10 gündən çox davam etməsi, 38° C və artıq olması bir neçə gündən çox qızdırma olması, sinə ağrısı, tez nəfəs alma, udma çətinliyi, maye qida ala bilməməsi, qulaq ağrısı, mürgüləmə halı, boyunda ağrılı şişliklər, dodaq, dəri və ya dırnaqlarından göyərmə əlamətlərindən hər hansı birinin görülməsi halında ən yaxın sağlamlıq mərkəzinə müraciət etmək lazımdır.


Bu əlamətlərə diqqət!


2 ay və 12 ay arası körpələrdə tənəffüs sürəti dəqiqədə 50 və artıqdırsa, 1-5 yaş arası uşaqlarda tənəffüs sürəti dəqiqədə 40 və artıqdısa təhlükə işarəsidir. Tənəffüs zamanı sinəsindən xırıltılı səslər gəlməsi, maye qidaları içə bilməməsi, ümumi vəziyyətində pisləşmə, anormal yuxu və oyana bilməmə halı, dodaq ətrafının göy rəng alması kimi vəziyyətlərdə uşağınızı dərhal bir sağlamlıq mərkəzinə aparmalısınız. Sıxlıq mühitlər yoluxmağa yol açır! Uşaqları tənəffüs yolu infeksiyalarından qorumaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə, xəstə kəslərlə təmasın qarşısının alınmasıdır, bu məqsədlə bağlı və sıxlıq mühitlərə az girilməlidir. Məktəb içində yoluxmağı ən aza endirmək və ya qarşısını almaq üçün xəstə uşağın məktəbə gönderilməməsində böyük fayda var. Siniflərin nizamlı havalandırılması, uşaqların ortaq istifadə sahələrində gigiyena şərtlərinə diqqət edilməsi vacib olub bütün xəstəliklərdən qorunmasında əl yumanın çox əhəmiyyətli rolu var