Zəhərli Zob - Qalxanabənzər vəz - Ramin Məmmədzadə (Endokrinoloq - Dietoloq)
Zəhərli zob qalxanabənzər vəzin normadan artıq çalışmasına bağlı olaraq onun hormonlarının çoxlu miqdara sintezi və qana ifrazı ilə xarakterizə olunur. Bəzi hallarda vəzin funksional aktivliyi onun ölçülərinin diffuz böyüməsi ilə birgə rast gəlinir (diffuz-toksiki ur).
Sözsüz ki, zəhərli zob diaqnozunu həkim-endokrinoloq təsdiqləməlidir. Bunun üçün qanda tiroid hormonlarını (free T3 və free T4) və hipofiz tərəfindən ifraz olunan TSH hormonunu yoxlamaq kifayətdir.