Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Keysəriyyə əməliyyatı (Qeysəriyyə, Kesr ) - Aytən İbrahimova (Mama-ginekoloq)

Keysəriyyə ilə cərrahi doğum


Qeysəriyyə əməliyyatı – uşaqlığın kəsilməsiylə körpənin çıxarılması əməliyyatıdır.


Qeysəriyyə əməliyyatının növləri:


  • Əvvəlcədən planlaşdırılan qeysəriyyə əməliyyatı - hamiləliyin 38-39-cu həftələrində əməliyyat üçün mütləq göstərişlərin olduğu halda tətbiq olunur;
  • Planlaşdırılmış qeysəriyyə əməliyyatı – hamilə qadın təbii doğuş keçirməyə hazırlaşır, doğuşun ağırlaşması zamanı əməliyyat tətbiq olunur;
  • Təcili qeysəriyyə əməliyyatı - təbii doğuş zamanı ağırlaşmalar olur və təbii doğuşun davam etdirilməsi qadının həyatına təhlükə yaradır. Biz qeysəriyyə ( keysəriyyə) əməliyyatını mütləq və nisbi göstərişlərə əsasən apara bilirik. Qeysəriyyə əməliyyatına göstərişlər

1-ci qrup – anamnezində uşaqlıq üzərində əməliyyatlar:


  • Uşaqlıq üzərində QK-dən sonra çapıq
  • Əvvəlki doğuş zamanı uşaqlığın cırılması
  • Uşaqlıqda böyük həcmli əməliyyatın aparılması
  • Uşaqlıqda rekonstruktiv əməliyyatların aparılması

2-ci qrup – doğuşa mane ola biləcək səbəblər (distosiya):


  • Doğuş yollarının anomaliyaları və xəstəlikləri (arakəsmələr; uşaqlığın inkişaf qüsurları; uşaqlıq boynunun atreziyası və ya stenozu; rekonstruktiv əməliyyatlardan sonra uşaqlıq yolunun çapıqlı dəyişiklikləri, anamnezdə və hazırda sidik-cinsiyyət və ya rekto-cinsiyyət fistulları, uşaqlıq yolu və xarici cinsiyyət venalarının kəskin varikoz genəlməsi və s.)
  • Doğuş zamanı dölün irəliləməsinə mane olan uşaqlıq boynunun və ya cisminin, sidik kisəsinin, çanağın, qadın cinsiyyət orqanlarının törəmələri, sidik kisəsinin daşları
  • Dölün köndələn vəziyyəti
  • Çanağın ölçüləri ilə dölün başının ölçüləri arasında uyğunsuzluq
  • Şəkərli diabetli qadınlarda dölün çəkisinin 4500 q və artıq olması
  • Əvvəlki doğuşda qasıq birləşməsinin aralanması
  • Çanağın anadangəlmə və ya qazanılmış deformasiyaları

3-cü qrup – dölün çanaq gəlişləri:


  • Başa çatmış hamiləlik zamanı (37-ci həftədən sonra) dölün çanaq gəlişləri
  • Vaxtından əvvəl doğuşlarda dölün çanaq gəlişləri zamanı dölün çəkisinin 1500 q və artıq olması

4-cü qrup – döl tərəfdən göstərişlər (dölün perinatal mühafizəsi):


  • Dölün inkişafının ləngiməsi
  • Rezus-izoimmunizasiya nəticəsində dölün ağır dərəcəli immunizasiyası
  • Müxtəlif inkişaf qüsurları və döldə cərrahi korreksiyaya ehtiyac olması

Qeysəriyyə əməliyyatının tətbiqi - Əməliyyatdan əvvəl aşağıdaki müayinələr edilir:

  • Qanın ümumi analizi;
  • Mübadilə kartında qeyd olunmadıqda – qan qrupunun və rezus- faktorun təyini;
  • Qadının uşaqlıqında çapiqlar varsa, stasionarda qalma sənədinin kopiyası tələb olunur;
  • Elektrokardioqramma;
  • Koaquloqramma;
  • Gösərişlərə əsasən - qanın biokimyəvi analizi.

Xəstəxanaya yerləşmə əməliyyat günü və ya öncəki gecə həyata keçirilir. Əməliyyatdan 12 saat əvvəl qida qəbulu qadağandır, 4 saat öncə su qəbulunu dayandırmaq lazımdır.

Xəstəxanada pasientə kompression corablar geyindirilir. Əməliyyatdan 1 saat öncə antibiotiklar vurulur (iltihabi xəstəliklərin qarşısını almaq məqsədiylə), təcili əməliyyat zamanı antibiotiklar dəri səthinin kəsilməsindən əvvəl vurulur.

Əməliyyat spinal anesteziya altında icra olunur. Xəstədə spinal anesteziyaya qarşı əks-göstərişlər olduqda ümumi anesteziya tətbiq olunur. Həmçinin, qeysəriyyə əməliyyatı zamanı epidural anesteziyadan istifadə olunur.

Anesteziyadan sonra əməliyyat olunacaq nahiyəyə kəsik icra olunur . Kəsikdən sonra əvvəlcə körpənin başı, sonra çiyinləri və bədənin qalan hissələri diqqətlə çıxarılır, göbəyi kəsilir.

Uşaqlıqdakı kəsik gec sorulan saplarla tikilir.


Əməliyyatdan sonra


Qeysəriyyə əməliyyatından sonra təbii doğuş mümkün olur. Bir şərtlə ki, qeysəriyyə əməliyyatı nisbi göstərişlərə əsasən və ya planlaşdırılmış və təcili sürətdə icra olunur. Yaxşı olar ki, hamiləlik, qeysəriyyə əməliyyatından 2 il sonra planlaşdırılsın. Bu müddət uşaqlıqdakı çapığın sağalması üçün önəmlidir.