Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Piylənmə - Artıq Çəkidən Necə Xilas Olaq ? - Ramin Məmmədzadə (Endokrinoloq - Dietoloq)

Oturaq həyat tərzi piylənməyə gətirib çıxarır.Çox meyvə yemək belə piylənməyə gətirib çıxara bilər.Artıq miqdarda alınan kalori piylənmə adlanır. Sağlam qidalanmaqla kifayətlənmək lazım deyil digər faktrlarada fikir vermək lazımdır.

Piylənmə müasir cəmiyyətin ciddi tibbi – sosial və iqtisadi problemidir. Piylənmənin aktuallığı 1-ci növbədə onun geniş yayılması ilə əlaqədardır. Piylənmədən yer kürəsinin əhalisinin 7%-i əziyyət çəkir.

Piylənmə bir sağlamlıq problemidir. Bazal maddələr mübadiləsinin pozulması nəticəsində dərialtı yağ hüceyrələrində həddindən artıq triqliseridlərin depolaşması ilə formalaşan adipoz (piy) toxuma çoxalmasına bağlı çəkinin artmasıdır. Keçmişdə davranış pozğunluğu kimi, artıq çəki də xəstəlik olaraq qəbul edilir. Köklük xəstəliyinin bir çox tərifi ola bilər. Ancaq ən çox yayılan bədən kütlə indeksi adı ilə tanınır.